Heç kim sənin kimi ola bilmədi

Heç kim sənin kimi ola bilmədi
Şeirlər - Hekayələr
10.09.2017 20
Heç kim sənin kimi ola bilmədi
Sən mənə hamıdan yaxın olmusan
Heç kimsə könlümü ala bilmədi
Sənsə ürəyimdə məskən salmısan.



Heç kim sənin kimi ola bilmədi
Mən səndən öyrəndim saf məhəbbəti
Adını qəlbimnən illər silmədi
Yəqin elə budur eşqin qüdrəti



Heç kim sənin kimi ola bilmədi
Mənimçün var olan mələk idin sən
Minlər yığılsa da yerin vermədi
O minlər içində bir tək idin sən



Heç kim sənin kimi ola bilmədi
Nə dostlar tanışlar nə bir başqası
Sənintək qəlbimə heç kim girmədi
Ey nəm gözlərimin soyuq damlası



Heç kim sənin kimi ola bilmədi
Üzümdə təbəssüm oyadardın sən
Sənsiz acılarım heç cür dinmədi
İndi gözlərimnən silinərmi qəm



Heç kim sənin kimi ola bilmədi
Sənin dəyərini biləydim gərək
Bil ki, başqasını gözüm görmədi
Sən sevgi bağçamda tənha bir çiçək



Sənsizlik qəlbimə od vurur mənim
Bu dərdin çarəsi görəsən nədi?
Qürurum qoymur ki, üzünə deyim
Heç kim sənin kimi ola bilmədiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!