Şabranım

Şabranım
Şeirlər - Hekayələr
10.09.2017 12
Vətən deyib qucağına atılam.
Yanar olub ocağına çatılam.
Ölsəm əyər torpağına qatılam.
Mənə ana qucağıdır Şabranım.
 
Bir bəzənmiş tulək-tərlan quş olub
Dunya boyda bir uzuyə qaş olub.
Qərib yerdə gözlərimdə yaş olub.
Babaların ocağıdır Şabranım.
 
Göy Xəzərdə cilalanmış sonadır.
Gözəllərə igidlərə Anadır.
Torpaqının hər qarışı bal dadır.
Əsirlərin soraqıdır Şabranım.
 
Ağ buludlar parıldayır uzundə.
At min oynat.ormanında.duzundə
Əksini gör çeşmələrin özundə.
San ki. qızlar bulaqıdır Şabranım.
 
İgid desən.igidləri atlanar.
Urəklərdə Vətən eşqi odlanar.
Baş kəsilər.yağı dizi qatlanar.
Mərd ərənlər oylağıdır Şabranım.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!