Arxaya baxma

Arxaya baxma
Şeirlər - Hekayələr
10.09.2017 15
Gedirsən yaxşı yol arxaya baxma
Baxsan yox olacaq nifrətin izi
Yenə görüşəcək baxışlarımız
Yenə sevəcəyik bir birimizi
 
Yenə yavas yavas çevriləcəksən
Gözün qaçmayacaq gözümdən bir an
Bir göz qırpımında qaçıb yanıma
Sarılıb boynuma ağlayacaqsan



Ağlaya ağlaya öpəndə məni
Göz yaşın deyəcək yanaqlarıma
Yenə dözməyəcəm bağışlayacam
Dodağın deyəndə dodaqlarıma
 
Yenə dodağımdan öpdüyün üçün
Bir az peşman olub utanacaqsan
Yenə də qarşımda günahkar kimi
Bükərək boynunu dayanacaqsan
 
Yenə əllərini ovcuma alib 
Bu sondur deyəcəm həmişəki tək
Deyəsən "Sevir"də çılpaq qalıbdır
Məhəbbət falına baxdığın çiçək
 
Yenə də bir yağış başlayar bəlkə
Yenə islanarıq yaz yağışında
Yenə də getməyə dözməyən qəlbin
Göstərər eşqini lal baxışında
 
Yenə bu sükutu ilk sən pozarsan
Gözümə baxmada çəkib adımı
Şıltaqlı eləyib deyərsən "Məni
Görəsən umüdüm bağışladımı
 
Yenə də özümü tuta bilməyib 
Başımı bulayıb gülümsəyəcəm
"Ay şeytan mən axı sənı sevirəm
Necə ayrılaram səndən" deyəcəm



Yenə də keçəcək beləcə günlər
Görüş yerimizə gedərək hər gün
Her şeydən keçməyə hazır olacam
Həmin gün səninlə görüşmək üçün
 
Yenə də gələcək elə bir gün ki
Məndən küsəçəksən inciyəcəksən
Guya ki əbədi gedirmiş kimi
"Gedirəm, əlvida" söyləyəcəksən
 
Mənsə ürəyimdə yalvaracağam
"Nə olar dön geri məni buraxma"
Yenə də arxanca baxıb deyəcəm
"Gedirsən yaxşı yol arxaya baxma"




Müəllif: Ümid Abbasскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!