Nə danışım ondan sənə?!...

Nə danışım ondan sənə?!...
Şeirlər - Hekayələr
10.09.2017 58
Dinləyəcək gücün varmı?
Gözlərinin yaşı yenə ,
Sel tək axıb töküləcək.
Nə danışım ondan sənə?!...
Necə deyim istəyinə çatmağından
Dəli kimi xoşbəxt olub
Necə deyim şirin-şirin gülüşündən?
Neçə oğlan meyxoş olub?!...
Nə danışım ondan sənə?!..
Nə deyim ki, çökməyəsən
Necə baxıb gözlərinə deyim : Unut!!!
Onu silməlisən!
Nə danışım ondan sənə?!
Lovğa-lovğa duruşundan?
Yoxsa arsız baxışından?
Ona səndən danışanda
Gülüb ələ salışından?
Necə deyim bundan sənə?
Nə danışım ondan sənə?!
Ondan sənə,səndən ona...
Nə desəmdə fayda yoxdur...
 Onun gözü hələ acdır!
Sənin nəfsin necə toxdur?!...
Kaş ki, məndən səni sorsan...
Mən də sənə məndən desəm...
Qəlbimdəki bu sevgidən,eşqdən desəm...
Kaş bu qədər incimədən,
Gözün,könlün məni görsə...
Nə danışım daha sənə?
Qoy mən susum...
Sənsə mənə yavaş-yavaş...
Səndən danış!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!