Gedirəm

Gedirəm
Şeirlər - Hekayələr
10.09.2017 20
Sevgimiz imkansız bunu bilirəm,
İmkansız olduğun bilib gedirəm.
Ağlaram gizlicə , yalan gülürəm,
Gözümün yaşını silib gedirəm.

Yıxıldım ilişdim kollara yenə,
Atmışam özümü qollara yenə.
Çarəsiz baxıram yollara yenə,
Xəyalən yanına gəlib gedirəm.

Kasıbam olanım cismi canımdır,
Sevgimlə dolaşan isti qanımdır.
Qelbimdə xatirə həyəcanımdır,
Bir kədər quyusun dəlib gedirəm.

Fərz elə bir suyam heran axıram,
Özümü yandırıb indi yaxıram.
Düşdüyüm hallara indi baxıram,
Ucadan özümə gülüb gedirəm.

Bi'çarə xəstəyem yoxdu dərmanım,
Qalxmağa zərrədə yoxdur imkanım.
Sevməkdən başqa yoxdu nöqsanım,
Təbrikler mən artıq ölüb gədirem !

Müəllif: Vüsal Zamanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!