Ey qatar

Ey qatar
Şeirlər - Hekayələr
10.09.2017 17
Ey gedən qatar,
Harayıma səs,
Dərdimə dərman,
Gətir.
Getdiyin o yolları,
Geri dönüncə sən,
O yollarda
Olan həsrətimi gətir.
Mənə gətir ey qatar,
Özünlə birliktə gətir.
Mənə səndə lazımsan,
Vaxt dolmamış gətir,
Anamı-atamı gətir.
Səndən istəyirəm 
Ey qatar.
Bu yollarda itirdim
Mən onları,
Qayğısız böyüdüm mən,
Gətir qayğılarımı
Ey qatar.
Qəlbimə vurulan,
Xəncəri gətir,
Könlümə verilən,
Həmdəmi gətir.
Çox getdim mən,
Bu incə belli yolları,
Qaranlığ demədən,
Gündüz demədən,
İtirdiyim illəri gətir,
Ötürdüyüm köksləri gətir.
Nə olar mənə,
Anamı-atamı gətir.
 
Müəllif: Aytac Hüseynzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!