İzin ver

İzin ver
Şeirlər - Hekayələr
10.09.2017 49
Keçdiyin yollara həsədlə baxıb
Izini yaşadan torpaq olum kaş.
Soyuq havalarda qarşına çıxıb
Qəlbini isidən ocaq olum kaş!
 
Üstündə şeh olum sevdiyin gülün
Hərdən nəfəsinlə isinim mən də.
Olub xoş nəğməsi aşiq bülbülün
Hissinə süzülüm qəmə düşəndə.
 
Hər bir addımında izləyim səni
Başın üzərində bulud olum mən
Sən gülümsəyərkən görüb çöhrəni
Günəş nur almasın gözəlliyindən.
 
Gözündən süzülən yaşa çevrilib,
Asta-asta axım yanaqlarından
Dediyin kəlməni "Sevirəm!" bilib
Incə-incə çıxım dodaqlarından.
 
Saçına taxılmış bir şana olub
Telinin ətrinə yaxın yaşayım.
Ülvi bir sevgi tək qəlbinə dolub
Eşqimin xətrinə yaxın yaşayım.
 
Sevgi mələyi tək enib səmadan,
Eşqin badəsini gətirim sənə
Məhəbbət meyini içdiyin zaman
Səadət anını yetirim sənə.
 
Sən coşqun dəniz ol, sahilin olum!
Dalğa tək qoynuma sal qollarını!
Izin ver həyatda sevgilin olum
Birgə addımlayaq eşq yollarını...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!