Səni gülüşündə sevmişəm

Səni gülüşündə sevmişəm
Şeirlər - Hekayələr
10.09.2017 36
Məğrur gülüşündə sevmişəm səni,

O gülüş öyrətdi ,sevməyi mənə.

Bircə dəfə görüm gülən gözləri,

Tanrı sonra versin ölümü mənə.



Çılğın gülüşündə sevmişəm səni,

O gülüş sevdirdi, cahanı mənə.

Təmiz sevgi dolu, o gülüşünlə,

Kaş bir dəfə dönüb, baxaydın mənə.



Səni unutmaqçun sevməmişəm mən,

Sevgimə paxıllıq eyləyir çoxu.

Darıxıb ağlamaq istəmirəm mən,

Səni gülüşündə sevmişəm axı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!