Ey insanlar

Ey insanlar
Şeirlər - Hekayələr
10.09.2017 21
Nə qəribə zamandır.
Hamı baxır yuxarı.
Nərdivan qoyub çıxır,
Üzü tamaha sarı.
Varlı baxır kasıba,
Yuxarıdan aşağı,
Görən nə hesabına,
Artır dövləti- malı.
Bir də görürsən biri,
Qalxmaq üçün yuxarı,
Dostunun ayağından,
Dartıb çəkir aşağı.
İndi bir yuxarı var,
Hamı ona Mars deyir.
Varlılar hazırlaşır,
Uçmağa Marsa sarı.
Yerdə yerlik qalmayıb,
Yer alov tutub yanır.
İnsanda ruh qalmayıb,
İnsan insanı qırır.
 
Siz elə düşünməyin,
Marsda Əzrayıl yoxdur.
Marsı bərbad etməyin,
Əzrayıldan ayıbdır.
Bir yuxarı var ona,
Gəl ki, sən çatmaq üçün,
Cismin mütləq ruhundan,
Gərək olsun aralı.
Ey insanlar, qalxmayın,
Əyri yolla yuxarı.
Bir düşünün batmayın,
Bunca günaha barı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!