Dünya

Dünya
Şeirlər - Hekayələr
10.09.2017 12
Biz artıq halala haram qatmışıq,

Şeytan layla çalıb biz də yatmışıq

Gör zamanın harasına catmışıq,

İlan tərifləyir zəhərin dünya.



İndi çoxlarında qalmayıb qeyrət,

Di gəlki qeyrətdən eyliyir söhbət.

Kişilər arvaddan çox edir qeybət

Yoxdumu bunlardan xəbərin dünya.



Dərdim o qədərdi tab etməz dağlar,

Dərdimi dinləsə buludlar ağlar

Bilmirsən nədəndi solubdu bağlar,

Bağban dərə bilmir bəhərin dünya.



Demirəm ki qışda yay göndər bizə,

Demirəm ki gündüz ay göndər bizə,

Həyatın sevincini pay göndər bizə,

Bizdən uzaq eylə kədərin dunya.!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!