Sadəcə şeir

Sadəcə şeir
Şeirlər - Hekayələr
10.09.2017 19
Deyəsən yolumuz ayrıldi bizim,

Ürək o əvvəlki həvəsdə dəyil.

Ayrılıq oxuyur indi hər sözün,

Dinlə son sözü də mən özüm deyim.



Yorğun yolçulara bənzədim, nə qəm,

Yollar ayağımdan tutub sürünür,

Mənzilim uzaqdır, asta gedirəm,

Səninsə mənzilin daha görünür...



Üfüqlər nə yaman qızardı belə,

Bəlkə məhəbbətin qürub çağıdir?

Ömrümdən neçə il vermişəm yele,

Tale də bir yandan vurub dağıdır.



Uçurdum göylərin yeddi qatında,

Axan ulduzları göyde tuturdum.

Hər gecə xeyalın qanadlarında

Günəşdə yatırdım, Ayda yatırdım



Daha səbrim də çatıb sahilə,

Getmərəm mən aya, ulduza kimi.

Eşqimi bir dəniz atıb sahilə,

Əriyir daş üstə meduza kimi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!