Unutmayacam

Unutmayacam
Şeirlər - Hekayələr
10.09.2017 9
Hər məni görəndə sevinirdin çox,

Bəs indi nə üçün sevinmədin heç?

Xəyalın mənimlə olsa da hər an,

Surətin nə üçün qaçırdı məndən?



Dinləsən görərsən küskünəm nədən.

Bilmirəm dünyanın harasındayam.

Gəlmə yaxınıma, uzaq dur məndən,

Toxunsan ağlaram, toxunma mənə.

 

Xəyal eləyirdim ki, xoşbəxt olarıq,

Sevgi göylərində birgə uçarıq.

Biz uça bilmədik, heyhat, yerdə də

Mən, bəlalı sevgim birgə yanırıq.



Özgə yox, bir yaxın söylədi mənə:

Sevmə sevməyirsə, lap sultan olsun,

Sev, eləsini sev, qoy fərman olsun.

Amma ki, sevginiz kəhkəşan olsun.



Bəlkə də mən çoxdan unudulmuşam,

Bəlkə də heç sənə yar olmamışam.

Səni ilk sevən də məndim deyəsən,

Elə sevərək də sadiq qalmışamскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!