İlk Sevgim

İlk Sevgim
Şeirlər - Hekayələr
10.09.2017 18
Sən özün bilirdin kim olduğunu,

Məni də xəbərdar edərdin gərək.

Hər gün gözlərimdə ölənə kimi,

Sən məni öldürüb gedərdin gərək…



Mənə inanmadın, ümidlənmədin,

Bir saman çöpü də ola bilmədim.

O qədər imkansız, kasıb oldum ki,

Bir nişan üzüyü ala bilmədim ?!



Adını bilmirdin, anan söylədi,

Çox yaxşı oğlandı, evin tək oğlu.

Məni də bilirdi, kasıb biriyəm,

Adımı qoymuşdu "ac köpək oğlu"



Sən də fikirləşib, mənə "yox" dedin,

Bir qolbaq gətirib, qoluma taxdın.

Dedin ki, unutma, xatırla məni,

Nəsə deyim deyə, üzümə baxdın.



Özünü itirdin, baxışlarımdan,

"Nə olar, bağışla" söylədin mənə.

Əlimdən tutmaqla həmin görüşdə,

Növbəti pisliyi eylədin mənə.



Həmin görüşümüz xatirimdədi,

Xatırla demişdin, xatırlayıram.

Hədiyyə aldığın gümüş qolbağı,

Bəzən istəyirəm dişimlə qıram…



Sən məndə, mən səndə sevgini tapdım,

Mənim tək qoruya bilmədin amma.

Sənsiz yaşamaram, demişdin mənə,

Mənsiz yaşayırsan, ölmədin amma.



Bilmək istəyirəm, biz ayrılanda,

Mənimçün gizlicə ağlamısanmı ?

Mən sənin yerini saxladığım tək,

Sən mənim yerimi saxlamısanmı ?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!