Bu həyat mənimdir, özüm bilərəm

Bu həyat mənimdir, özüm bilərəm
Şeirlər - Hekayələr
10.09.2017 9
Nə olsun özümə diqqət etmirəm,

Bu həyat mənimdir,özüm bilərəm...

Nə olsun heç zaman düz yol getmirəm,

Bu həyat mənimdir,özüm bilərəm...



Hamı bir ağızdan səhvi axtarır,

Ay insan,şükür et ki,səhvin demirəm...

Mənə baş yorunca bir özünə bax,

Bu həyat mənimdir,özüm bilərəm...



Nədirsə hamı sən kobudsan deyir,

Deyiləm,sadəcə yalan sevmirəm...

Guya qorxur hamı tənha qalaram,

Bu həyat mənimdir,özüm bilərəm...



Lazım deyil mənə arxa durasız,

Şükür öz yolumu özüm gedirəm...

İstəyim tək məni rahat buraxın,

Bu həyat mənimdir,özüm bilərəm...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!