Sənin olum

Sənin olum
Şeirlər - Hekayələr
10.09.2017 7
Günəş olum.

Bir tək sənə dönüm, yanım.

Axşam sənə lay lay çalıb

Səhər səninlə oyanım...



Dəniz olum..

Danış mənə kədərini.

Öldürdüyün ümidlərin

Say tök mənə qədərini...



Bulud olum..

Yağışıma aldanma sən..

Qoruyuram günəşdən də

Özümdən də bunu bil sən..



Külək olum..

Qoy sovurum o qoxunu..

Sənə qıya bilmirəm ki

Qovursam da bir çoxunu..



Qələm olum.

Barmaqların tək dayağım...

Sən belimə sarılmasan

Basmaz ki yerə ayağım...



Sənin olum...

Həyatıma tək qonaq ol..

Ancaq sənin nəfəsindən

Güc alır qəlbimə gedən yol...

Bir külək ol, ömrümə dol..

Günəş ol, tək mənimçün sol..

Bir bulud ol, dumanınla

Gözümü tut, sən ol tək yol...



Müəllif: Ayişə İsgəndərovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!