Səndən özgə bil heç kəsi bu ürəyim sevə bilməz!

Səndən özgə bil heç kəsi bu ürəyim sevə bilməz!
Şeirlər - Hekayələr
10.09.2017 37
Məni öldür bu gün axşam

Yaşamağın nə mənası?

Mən ölərəm sənsiz qalsam

Bu sözləri sən deyirdin

Sən mənsizsən, amma sağsan...



Ayrıldıq biz,bir rəng gəldi o ömrünə

Çıx get daha, inanmaram boş sözünə

Bir gün əlbət döyəcəksən üz-gözünə

Həmən günsə mən olmaram



Kaş qədrini mən biləydim

Sənin yernə mən öləydim

Ayrılmazdıq, tərk etməzdim

Bu sözləri sən deyərsən üz-gözünə döyə-döyə

Öz - özünü söyə-söyə..



Peşman olma qismətdir bu,

Onsuz da heç yaraşmırdıq

Bir yağış ol, o keçmişini süpür, sil , yu

O günlərə qayıtmarıq...



Nəysə bitdi, belə getdi

Bu şeirdi, şeir bitdi...

Sənə olan bu sevgimsə

Bir romandır, bitə bilməz...

Ürək səni silə bilməz...

Səndən özgə bil heç kəsi

Bu ürəyim sevə bilməz!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!