Bir gün öldürəcək məhəbbət məni

Bir gün öldürəcək məhəbbət məni
Şeirlər - Hekayələr
10.09.2017 8
Dəryada qərq olub dərd yüklü gəmim,

Çoxalır günbə gün kədərim qəmim,

Yandırır qəlbimi könül həmdəmim,

Bir gün öldürəcək məhəbbət məni.



Gecələr uzanır açılmır səhər,

Dolur gözlərimə acı bir qəhər,

Bu eşqin şərabı mənimçün zəhər,

Bir gün öldürəcək məhəbbət məni.



Zindana düşmüşəm bağlı əl qolum,

Bir suçsuz məhkumam yar eylər zülüm,

Həsrətin ən ağır cəzadır gülüm,

Bir gün öldürəcək məhəbbət məni.



əriyir şam kimi sinəmdə ürək,

Hicran bağır kəsir olubdu zirək,

Bu eşqi başımdan atmğım gərək,

Bir gün öldürəcək məhəbbət məni.



Bu sevgi çarəsiz dərd olub mənə,

Kaş ki, daş yağaydı sevdiyim günə,

Məhəbbət çevrilib qəddar düşmənə,

Bir gün öldürəcək məhəbbət məni.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!