Ey pul

Ey pul
Şeirlər - Hekayələr
10.09.2017 30
Çoxu bədənini satdı yolunda,

Necə utanmadın günahdan,ey pul ?

O qəder nadanlıq öyretdin ki,sən

İnsanlar qorxmayır Allahdan,ey pul.
 
Sən böldün kasıbla varlıya bizi,

Düşmən eyləyirsən bir gün gec-tezi

Neçə cinayətdə silmisən izi,

Mən də öldürəcəm sabahdan,ey pul.



Xəstənin dərmanı səndən soruldu,

Bir fəhlə yolunda yaman yoruldu.

Axirət günündə hesab quruldu,

Cənnətə düşmədim tamahdan,ey pul.



Gör,nece güclüsən,əzəmətin var,

Aləmə car cəkən bir şöhretin var.

Namerde yaltaqtek sedaqetin var,

Kişi çıxarırsan bedxahdan,ey pul.



Sevgi də ölçülür səninle daha,

Həyatda yaşamaq bahadır,baha

Ümidim azalır yenə sabaha,

Bezirəm qismətdən,pənahdan,ey pul.



Qoca bir məmləkət hərraca cıxdı,

Kiminse evini kimlərsə yıxdı.

Fələk bu qaydadan yaman karıxdı,

"Piyada" gücləndi "padşah"dan,ey pul.
 
Bezdikcə her gecə tüpürdüm sənə,

Dolana bilməyib əl atdım yenə..

Yetər zərbələri endirdin mənə,

Sən silahdan belə betərsən ey pul..!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!