Gözləyənim sən ol, gedən mən olum

Gözləyənim sən ol, gedən mən olum
Şeirlər - Hekayələr
10.09.2017 12
İstərəm, dəyişim sənlə yerimi,

Nigaran ruh sən ol, bədən mən olum!

Bunca həsrət ilə, intizar ilə

Qəlbini incidən, didən mən olum!



Bir görüm, vicdanın oyanacaqmı?

Ürəyin al qana boyanacaqmı?

Canın bu dərdlərə dayanacaqmı? -

Bu dəfə imtahan edən mən olum!



Sən də gör, sən də bil istəmək nədir!

Hər gecə adını səsləmək nədir!

Yalançı ümidlər bəsləmək nədir!

Gözləyənim sən ol, gedən mən olum!...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!