Dünya

Dünya
Şeirlər - Hekayələr
10.09.2017 32
Bir sevda ağlayır, ürək dağımda,

Özümdən dözümü, qoparma dünya !

Fələklər dərd əkib dərdli bashımda,

Məni əcəlimlə, qorxutma dünya.



Saçıma hördüyün dənindən utan,

Yaşından, başından, daşından utan.

Hər kəsə yan baxan çaşından utan,

Üstümə kar kimi bağırma dünya!



Kəsərəm bağını tərsə gedərsən,

Tökərəm acımı bada gedərsən,

Aglatma məni sən,yasa düşərsən,

Gözümün yaşında batarsan dünya.



Çək məndən əlini, yolunla düz get,

Girmə gözlərimə uzaqdan seyr et.

Çıxma pişvazıma yolumu tərk et,

Kədərim içində azarsan dünya.



Ulama gecələr,ahini tökmə,

Canımdan bezdirib canımı üzmə.

Mən çoxdan geymişəm kəfəni tikmə,

Hirslənib bağrını sökərəm dünya.



Aytənəm adımı yadında saxla,

Mən sözə başlasam ağzını bağla

Get özgə məzarın üstündə ağla,

Mən səni qəlbimdən silmişəm dünya...

Vəfasız dünyasan, yalansan dünya.



Şair:Aytən Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!