Mən səni sevirəm

Mən səni sevirəm
Şeirlər - Hekayələr
10.09.2017 32
Mən səni sevirəm özümdəki sən

Sən nə gedə bildin nədəki gələcəksən

Mən səni sevirəm yuxularda yat deyən

Xəyal cahanım kimi

Mən səni sevirəm kədərləri at deyən

Mənə sevinc bəxş edən

Ümid karvanım kimi

Mən səni sevirəm

Nələr gizli qaldı ki, ürək sənin əlində

Hər sətrini söyləyib kəlmə-kəlmə bildiyin

Dilək sənin əlində

Mən səni sevirəm

Sən könlümün içində laləzarımsan axı

Ömrü xəzan eyləyən qəlb baharımsan axı

Mən səni sevirəm

Həsrətinin zülməti!

Bu dəli məhəbbəti yaşadaraq var oldum

Sən ki, məni bilirsən

Hərdən kədər çalacaq yüksəklərdə şar oldum

Mən səni sevirəm

Damarımdan süzülüb ürəkdə dövr eylədin

Gah göründün, gah itdin

Zamanda dövr eylədin

Ancaq unutmayacaq halına yanan səni

Ötən xatirələrdə biçarə qalan səni

Mən səni sevirəm,скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!