Ana can

Ana can
Şeirlər - Hekayələr
10.09.2017 19
Ağ tellərin saçlarına yaraşıq

Gözəllikdi üzündəki qırışıq

Həyatıma sənlə yanır hər işıq

Sənsiz həyat sönür, inan anacan

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



Əsəbləşirdim mənə ərk edəndə

Gec olacaq mən səni dərk edəndə

Sinifdə qoyub məni tərk edəndə

Axardı göz yaşım, dayan, anacan

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



Sevindin əsgərlik yaşa çatanda

Qayıdıb subaylıq daşın atanda

Uşaqlıqda mən gecələr yatanda

Lay lay deyirdin mənə can anacan

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



Qız gəlin köçəndə yaşardı gözün

Həm ağlayıb, həm də gülürdü üzün

Kövrəldiyin gizlətsən də sən özün

Edirdi gözlərin bəyan, anacan

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



Dostum da var ki, anasız yaşıyır

Çiyinləri üstdə onu daşıyır

Özü hər gün öz yarasın qaşıyır

Deyir darıxmışam yaman anacan

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



Ana ömrün fəda edib övlada

Fəqət özü yoxdu daha dünyada

Nə gözlərin açır, nə bir səs-səda

Oğul yenə edir güman…anacan…

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



"Ana, sənsiz sönüb evin çırağı

Bu cəzadır yoxsa həyat sınağı?!”

Öpüb soyuq üzü, doğma yanağı

Qızı pıçıldayır "oyan anacan”

Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.



"Ölüm ki var səni məndən umubdu

Sənsiz damarlarımda qan donubdu

Sanki başımın üstünə qonubdu

Qonub çəkilməyən duman anacan…

"Yanımda ol mənim hər an anacan

Ayırmasın bizi zaman anacan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!