İtirdin sevgimi, itirdin məni

İtirdin sevgimi, itirdin məni
Şeirlər - Hekayələr
10.09.2017 45
İtirdin sevgimi nə qazandın bəs?

Heç zərrə qədər də peşman olmusan?

Dərdimə Mən səndən umsamda çarə

Əğyarın dərdinə dərman olmusan



Allahım qarşıma çıxarıb səni

Bəlkədə mənidə sınağa çəkdi

Səni sevən gündən dostlar tanışlar

Məni bir bir hamı qınağa çəkdi



Bacarmadın sevilməyi sevməyi

Vermədin sevgimə bir dəyər qədir

Mənimçün həmişə maraqlı qaldı

Bəs sənin dərdinin özəyi nədir?



Qorudum hər zaman mən öz sevgimi

Sən isə sevgini oyuncaq bildin

Səninçün yazdığım sevgi sətrini

Oxumaq bir yana baxmadan sildin



Elə bağlandı ki gözlərim sənə

Bu eşqin sonunda hicran görmədim

Üzündə görsəm də saxta təbəssüm

Qəlbində bir insaf,vicdan görmədim



Nə ad qoyum nə deyimki mən sənə?

Sözünlə əməlin tutuşa bilmir

Sənə qarşı düyünlənib hisslərim

Qürurum sevgimlə barışa bilmir



İtirdin sevgimi itirdin məni

Boş yerə axtarıb yorma özünü

Bir zaman eşqinlə bitirdin məni

Görmək istəmirəm indi üzünüскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!