Küsməyəcəyəm

Küsməyəcəyəm
Şeirlər - Hekayələr
10.09.2017 14
Son dəfə baxiram sənlə göz-gözə

Göz yaşim axsa da silməyəcəyəm.

Sənə dərd ortagim demiədim bir vaxt,

Daha dərdlərimi bölməyəcəyəm.



Bəhanə axtarib nə soyləsən də,

Susacam qarşinda dinməyəcəyəm.

Bilirəm gətməyə qərar vermisən,

Getmə, yanimda qal deməyəcəyəm.



Get, hara istəsən, yaxsi yol sənə,

Onu bil arxanca gəlməyəcəyəm.

Həsrət qilinc kimi kəssə də məni,

Sənin qədəminə enməyəcəyəm,



Nələr yaşamadim mən bu həyatda,

Sənsiz yaşasam da ölməyəcəyəm.

Mənim də könlümü alan olacaq,

Sanma səndən sonra gülməyəcəyəm.



Tək ucalan qala möhtəşəm olur,

Hər cixan tufandan çökməyəcəyəm.

Bir saray tikəcəm, amma yanindan,

Bu ucuq komani sökməyəcəyəm.



 N.Kəsəmənlidənскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!