Ağla ana

Ağla ana
Şeirlər - Hekayələr
10.09.2017 27
Qəlbim uşaq, özüm dədə yerində,

Ömrüm bilməm hansı vədə yerində.

Gözüm qan-yaş, rişələri dərində,

Ağla, ana, ağla, yetim qalmışam.



Boy atdığım bu dağ-dərə göz dağı,

Gözüm duman, seçə bilmir uzağı,

Köç eyləyib, boş qalıbdır otağı,

Ağla, ana, ağla, yetim qalmışam.



Görməmişdim, yetimliyin sərt üzün,

Gecə bildim ən günəşli gündüzün,

Milyon qat qəm, bircə qatdır şən üzüm,

Ağla, ana, ağla, yetim qalmışam.



Azad idim yüz qayğıdan maraqdan

Yapışmışdım qələm ilə varaqdan,

Qərib quşam, – baxan olsa uzaqdan,

Ağla, ana, ağla yetim qalmışam.



Ha çalışdım, dərd-qəmimi silkinəm,

Həsrət sıxdı, çirkinlərdən çirkinəm,

Nə olsun ki, ilk ovunam, ilkinəm,

Ağla, ana, ağla, yetim qalmışam.



Vaxtsız gəldi ayrılığın çaparı,

Arzu yarı, ömür yarı, bəxt yarı,

Göz dik yola, ha arzula, ha arı,

Ağla, ana, ağla yetim qalmışam.



Ağlım çaşıb, sinəm oddu qəhərdən,

Nələr çəkdim, bu axşamla səhərdən,

Qaçammadım yetim adlı zəhərdən,

Ağla, ana, ağla, yetim qalmışam.



Nə olsun ki, bütün gələn gedəsi,

Bal dadırdı şapalağı, hədəsi,

Mən də payam, ömrün hansı vədəsi,

Ağla, ana, ağla, yetim qalmışam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!