Yenədə qələmim yazırdı sənə

Yenədə qələmim yazırdı sənə
Şeirlər - Hekayələr
10.09.2017 13
Nə qədər çalışdım, olmadı inan,
Heç cürə unuda bilmədim səni...
Cəsarət etmədim, qopardı zaman
Apardı uzağa gözümdən səni...



Gözümdən uzaqda olsan da bu gün,
Qəlbimdən heç zaman çıxmadın ki sən...
"Qısqandım" söyləyə bilmədim o gün,
O gündən tək kəlmə danışmadın sən..



3 ildir susuruq, salamımız yox,
Gözünün içinə baxa bilmirəm.
Hələ də dözürəm, ümidlərim çox
Yalandan nə deyim dözə bilmirəm?!...



Bəlkə də ümidlər yalandı, boşdu,
Heç zaman olmasan bəlkə də mənim
Bəlkə də qismətim, talehim budu
Hey sənsiz keçəcək mənim günlərim...

Baxdığım hər üzdə səni görürəm,
Qısqanclıq içimi yeyir, ölürəm
Desəm də unutdum səni, inanma
Hələ də inan ki, səni sevirəm...



Zamanla yanımda başqası olsa
Əllərim özgənin saçın darasa
Gözlərim özgənin gözünə baxsa
Yenə də özgədə səni görəcəm...



Bəlkə də mənimki qara sevdadır
Bu yüzdən unuda bilmirəm səni,
Hər dəfə beynimdə şimşəklər çaxır
Görəndə özgəylə güləndə səni...



Gəl gör ki, qarışa bilmirəm sənə,
Uzaqdan baxıram sadəcə sənə
Unutdum, neçənci şeirimdi bu
Yenə də ürəyim söylədi mənəYenə də qələmim yazırdı sənə..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!