Qəzəl

Qəzəl
Şeirlər - Hekayələr
10.09.2017 12
Dedim : - Ey qönçə dəhan, könlümü qan eyləmisən

Dedi : - Bica yerə eşqimdə fəqan eyləmisən



Dedim : - Insaf elə incitmə məni, aşiqinəm

Dedi : - Get, sirrimi dünyaya əyan eyləmisən



Dedim : - Ağlatma məni sərv boyun şövqünde

Dedi : - Göz yaşini bihude revan eyləmisən



Dedim : - Axir, gözelim, bagü baharim sənsən

Dedi : - Sən ömrünü həsrətlə xəzan eyləmisən



Dedim : - Az çəkməmişəm gözlerinin həsrətini

Dedi : - Öz könlünü yersiz nigaran eyləmisən



Dedim : - Eşqində əsirəm, mənə bəs xeyri nədir...?

Dedi : - Evvəldə bu sevdadə ziyan eyləmisən



Dedim : - Eşq atəşi neylər mənə, qorxan deyiləm

Dedi : - Biçarə, yanarsan, nə güman eyləmisən...?



Dedim : - Ey gül, mən əzəldən də gözəl aşiqiyəm

Dedi : - Sən ruhini eşq iylə cəvan eyləmisən



Dedim : - Hər gün səri-kuyində dolanmaqdir işim

Dedi : - Vahid, nə gözəl yerdə məkan eyləmisən...?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!