Məni aldatmaq asandır!

Məni aldatmaq asandır!
Şeirlər - Hekayələr
10.09.2017 8
Məni aldatmaq asandır,

Çünki tez inanıram.

Buz kəsilmiş qəlbləri,

möhürlənmiş dilləri nəzərə almıram.



Məni aldatmaq asandır

hamını eyni bilirəm həyatın

bir sınağından çıxıb,

yeni bir imtahanına girirəm.



Məni aldatmaq asandır

Üzündəki üzləri görmürəm,

ya da görmək istəmirəm.

Qəlbindəki nankorluğu,

dilindəki saxta kəlimələri

görməməzlikdən gəlirəm.



Məni aldatmaq asandır

Tez inanıram.

Qəlbimi ovsunlayan mərdlik sözünə aşiq olub,

arxamca kəlimələri ustalıqla seçib

üzümə gülümsəyən insanlıqdan kənar insanlara inanıram!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!