Olmuşam

Olmuşam
Şeirlər - Hekayələr
10.09.2017 6
Niyə mənə belə kinli baxırsan?

Bir vaxt sən sevdiyin insan olmuşam.

Bir vaxt mən də dəli kimi sevirdim,

İndi sevdiyimə peşman olmuşam.



Gözəllər içindən tək səni seçdim,

Nə qədə keçilməz yollardan keçdim,

Yəqin eşqin şərabını çox içdim,

Bir də ayıldım ki, piyan olmuşam.



Ayrılırıq anlat görüm nə işdi,

Baxışların birdən birə dəyişdi.

Dedim söylə bu nə vaxtsız gedişdi?

Dedin həyatında nöqsan olmuşam.



Dedim sevirsənsə bu həsrət nədi?

Onda anlamadın sədaqət nədi,

Sonradan bildi ki, məhəbbət nədi,

İndi də gözündə leysan olmuşam.

 

Müəllif: Rüstəm Məmmədovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!