Apar məni uzaqlara

Apar məni uzaqlara
Şeirlər - Hekayələr
10.09.2017 41
Tut əlimdən gedək gülüm

Sən hayana, mən də ora.

Qoyma, gəlib çatsın ölüm

Apar məni uzaqlara,



Qopar məni qəm-kədərdən.

Xəbər etmə, gəl gizlicə

Çıxaq gədək biz sadəcə.

Bitməz olub burda gecə.



Xəbər yoxdu al səhərdən.

Apar məni uzaqlara,

Qopar məni qem-kədərdən.

Biz özümüz üçün varıq.



Yaşamayaq qəlbi qırıq,

Bitsin daha bu ayrılıq.

Çıxaq gedək bu şəhərdən,

Apar məni uzaqlara.



Qopar məni qəm-kədərdən.

Xoşbəxt olaq biz ikimiz.

Dastan olsun qoy sevgimiz.

Xoşbəxtliyin dadını biz,



Soruşmayaq bəxtəvərdən.

Apar məni uzaqlara.

Qopar məni qəm-kədərdən.

Xoşbəxt olaq uşaq kimi,



Heç sönməyək çıraq kimi.

Lap istəsən qonaq kimi

Qayıdarıq bura hərdən.

Apar məni uzaqlara,



Qopar məni qəm-kədərdən.

Apar məni uzaqlara,

Qopar məni qəm-kədərdən.



Müəllif: Nüsrət Həsən скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!