Darıxır ürəyim səndən ötəri

Darıxır ürəyim səndən ötəri
Şeirlər - Hekayələr
10.09.2017 11
Darıxır ürəyim səndən ötəri,

Başımı dərdimin dumanı alıb.

Açdım ürəyimi uluduza,aya,

Vüsalın ümidi yollara qalıb.

Darıxır ürəyim səndən ötəri,



Nagüman,nagüman çəkildim küncə,

Hələ inanmıram,necə olacaq.

Bizi ayrılığa aparan yollar,

Bir gün də qaytarıb qovuşduracaq.

Darıxır ürəyim səndən ötəri,



Bir sevgi bir dəfə həsrət görməsə,

Qədir qiymətini anlayan olmaz.

Əsl məhəbbəti yaşayan insan.

Qəlbdə küdurəti,kini saxlamaz.

Darıxır ürəyim səndən ötəri



Sevgi ömür kimi vaxtsız bitəndə,

Qisməti,talehi yasa döndərər.

Ölməyə nə var ki,göz yumularsa,

Sevəni dünyada sağ sağ öldürer

Darıxır ürəyim səndən ötəri,скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!