Artıq səni sevmirəm

Artıq səni sevmirəm
Şeirlər - Hekayələr
10.09.2017 5
Ey gözləri qaralım!

Ey gözləri qaralım!

Gecəmi səndən ibarət yoxsa sənmi gecədən?

Qaranlıqlar səndən olsa gərək,

Amma ulduzlar əsla!

Təkliklərin kütləsində itərkən,

Sərxoş düşən damlaları tutmaq,

Üçün rəqs edən quru yarpaqları,

Baxıram da düşünürəm.

Sənli anlardada mən eləydim.

sərxoş damlalarını tutmaq üçün,

Rəqs edən quru yarpaq.

Bahar zənn etdiyim zamanlar,

Əslində payızmış da xəbərdar olmamışam.

Yaşılkən qurumuş və sonra yerə düşmüş,

Üfləndi küləklərlə rəqs etmişəm.

Yüksək dağların koğuşlarında görünən,

Qar kimidir ulduzlar

Sənin qaranlığına qapıldığımdan bəri,

Mənimdə qar kimi, ulduzlar kimi ümidlərim var.

Səndən və sərxoş damlalarından təmizlənmiş,

Sənə aid xülyaların və

Həyasız gülüşlərin olmadığı,

Gözümdən yaşların içimə axmadığı,

Təmiz işıqların itmədiyi,

Həyatıma başlayıram.

Sənə əlvida demədən gedirəm.

Əlavə edim,

ARTIQ SƏNİ SEVMİRƏM…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!