Gəl belə yaşayaq bu dünyanı biz

Gəl belə yaşayaq bu dünyanı biz
Şeirlər - Hekayələr
10.09.2017 17
Bahar təravətli yaz istə məndən,

Sevgi şairiyəm söz istə məndən.

Qəlbimin odundan köz istə məndən,

Qoşa alovlansın ürəklərimiz

Gəl belə yaşayaq bu dünyanı biz.

 

Qayıt ki, qalıbdır əlacım sənə,

Yarım dalğaları yol açım sənə.

Qumlu sahil olum qol açım sənə

Sənsə qollarımda çırpınan dəniz,

Gəl belə yaşayaq bu dünyanı biz.

 

Məhəbbət eşqiylə qaynasın qanın,

Vüsal tamamlasın sevgi dastanın .

Seyrinə bir çıxaq Azərbaycanın

Şehli çəmənlərdə qalsın izimiz,

Gəl belə yaşayaq bu dünyanı biz.

 

Sən yaz yağışısan yağ narın-narın,

Sevgin xəzinədir, gözəllik varın.

İzin ver, mən olum xəzinədarın

Borana düşməsin diləklərimiz,

Gəl belə yaşayaq bu dünyanı biz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!