Yandır məktublarımı - Xəyanət haqqında şeir

Yandır məktublarımı - Xəyanət haqqında şeir
Şeirlər - Hekayələr
10.09.2017 48
Hər sətir üstündə titrəyib əlim.

Sətirlər qəlbimdə od alıbdılar.

Mən sənə bir dəfə aldandım gülüm,

Məktublar ömürlük aldanıbdırlar.



Məni yad eləmə,

Özgə ol, yad ol,

Oyuncaq olmasın məktublar barı.

Omründə bircə yol

alicənab o1,

Yandır xatirəmi – o məktubları…



Orda ürəyimin harayı, ahı,

Qəlbimin utancaq sevdası yatır.

Orda vüqarımın sınma günahı,

Kövrək bir nəğmənin sədası yatır.



Dağılar şöhrətin dumanı, çəni,

Udar bir ac balıq inci tək səni.

Yazdığım sətirlər ac toxum kimi

Bir gün göz yaşını içəcək sənin.



Məktublar içində nəyim-nələrim…

Alovlu sətirlər gizli qəm kimi.

Yandır məktubları…

xatirələrim yansın,

külə dönsün qoy Kərəm kimi.



Sənə ümid dolu dikilən gözlər

Yenə xatirədə donub qalandır.

Əlim əsə-əsə yazdığım sözlər

O zaman düz idi

indi yalandır…

Həyatın özündə sınadım səni,

Demə bahar idim,

indisə qışam.

Yaxşı ki, nəhayət, tanıdım səni,

Yaxşı ki, ömürlük aldanmamışam…



Müəllif: Nüsrət kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!