Şəkil (şeir)

Şəkil (şeir)
Şeirlər - Hekayələr
10.09.2017 8
Sakitcə, albomu vərəqləyirdim.

Bir olan şəklimiz çıxdı əlimə.

Mən indi bu şəkli haraya qoyum?

Bir sual səsləndi dəli könlümdə.



Bu şəkli heç zaman,cıra bilmərəm.

Bu şəklin içində,sevgimiz yatır.

Qaldırıb masaya,qoya bilmərəm,

Çünkü hər baxdıqca,içim sızlayır.



Şəkildə,sevgidən gülür gözlərim.

Sənsə məhəbbətlə,mənə baxırsan.

İndi ağlar olub,həmin gözlərim.

Görəsən,sən indi,kimə baxırsan?



Süzülür gözümdən,yaş gilə-gilə.

İlahi,dözüm ver,dözüm həsrətə.

Bir damla yaş qəfil düşdü rəsimə,

Dünya elə bil ki,dar gəldi mənə.



İslanıb cırılsa,mən neyləyərəm?

Dərdli həsrətimə,dərd ələyərəm.

Sevgimiz canlanıb həmin şəkildə.

Şəkilə toz düşsə,sevmərəm birdə.



Bu şəkil,yox olmuş,duman kimidir.

Məndən,üz döndərmiş,güman kimidir.

Sakit axıb getmiş, zaman kimidir.

Bəzən, qəmli çalan, kaman kimidir.



Sadəcə şəkildir, deyib albomu,

Başqa səhfələrə,mən çevirmədim.

Ən güclü duyğudur,sevgi duyğusu.

Etinasız baxıb, keçə bilmədim…



Müəllif: Leyla Əsədullayevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!