Leyla Əliyeva: "Dostum, yaxşı ki, varsan..."

Leyla Əliyeva:
Şeirlər - Hekayələr
10.09.2017 8
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin təqdim edib. "Dostum, yaxşı ki, varsan...” adlı şeiri oxucuların ixtiyarına veririk.



Dostum, sən bir atəşsən

sanki heç dayanmadan

yanaraq od saçırsan.

Bir iti baxışınla

yandırırsan, yaxırsan...

Girirsən qəlbimizə

hökmünə ram edirsən.



Gücünü, qüdrətini,

qadir olduqlarını

yaxşı bilirsən, dostum;

Həyat oyunlarında

Həmişə qazanmağın

ən mahir ustasısan...

Naxşı gətirən dostum...



Hərçənd ki, hər ürəyə,

ruha da acıyırsan;

Gecəni qaranlıqdan

hifz edib, qoruyursan...

Bizim kimi yaşamaq

sənə uzaqdır, əlbət;

Bizsə sənin tək, dostum,

ola bilmərik, fəqət...



Bəzən elə bilirəm,

cadügərsən, falçısan.

Qəlbdəki diləkləri

əzbərdən deyən falçı...

Zalımlığı, pisliyi

rüzgarlarla sovuran

Ürəyini saflığa,

xeyirxahlığa açan...



Hamını pisliklərdən,

zülmlərdən qorumaq... –

Görəsən sənin buna

ixtiyarın çatırmı?

Xeyirxahlıqdan qılınc

düzəltməyin nahaqdır...

Qılınclasa asandır:

Sadəcə boyun vurmaq..!



Hərdən düşünürəm ki,

sən cadügər qadınsan.

Səni qınamağasa

ixtiyarım çatmayır.

Çünki zalımlığını

öz içindən qovmusan

xeyirxah mələklərlə

dostluq qurmağın üçün...



Bax, sərgərdan olmusan –

nə yerdə, nə göydəsən...

Buna görə qəmlisən?

buna görə gözlərin

işıq saçır, nikbinsən.!?



Ey dost, səni həyatda

anlayıb, duymasam da,

Səninlə həyatıma

davama "yox!” desəm də...

Hər gün, hər axşam çağı,

adın gəlir dilimə.

Göylərə üz tutaraq,

sənə dua edirəm –

"Dostum, yaxşı ki, varsan!” –

Tanrımıza şükürlər..!



Ruscadan çevirəni: Mahir Qabiloğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!