Küsdüm insanlardan küsdüm əbədi

Küsdüm insanlardan küsdüm əbədi
Şeirlər - Hekayələr
10.09.2017 22
Namərddi amma mərd gəzəndi insan

İlantək bəzəyə bəzəndi insan

Yetimi daima əzəndir insan

Qoşa verməyəcək kasıbın nərdi

KÜSDÜM İNSANLARDAN KÜSDÜM ƏBƏDİ



Pul ilə imanın satıbdı çoxu

Günahı haramla qatıbdı çoxu

Filin qulağında yatıbdı çoxu

Bilməyir günbə-gün çoxalır dərdi

KÜSDÜM İNSANLARDAN KÜSDÜM ƏBƏDİ



Sevgiyçün əkilən gülü də yoxdur

Acıdır şirin bir dili də yoxdur

Kasəba əl tutan əlidə yoxdur

KÜSDÜM İNSANLARDAN KÜSDÜM ƏBƏDİ



Hər masqa altında şeytanlar gördüm

Haramla imarət quranlar gördüm

Yaxşı yox daima yamanlar gördüm

KÜSDÜM İNSANLARDAN KÜSDÜM ƏBƏDİ



Mərdlər göz yaşını heç silməyəcək

Qəmgin simalarda heç gülməyəcək

İnsanlar belədir düzəlməyəcək

KÜSDÜM İNSANLARDAN KÜSDÜM ƏBƏDİ.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!