Nigar Rəfibəyli və Rəsul Rza

Nigar Rəfibəyli və Rəsul Rza
Şeirlər - Hekayələr
10.09.2017 26
Nigar Rəsula, Rəsul Nigara çoxlu şeirlər həsr ediblər. Amma Rəsul

Rzanın Nigara 1957-ci ildə, toy axşamlarından 20 il keçərkən

səfərdən- Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram elə

bil ki, şeir kimi şeydir.

«Nigar, əzizim!

İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol! Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtanalardan qorusun. Vəfa və sədaqətin qarşısanda baş əyirəm».



 Nigar Rəfibəyli- Neyləyim (Həyat yoldaşı Rəsul Rzaya)

Ala gözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır vaxtsız solur neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda

Bənövşələr baxıb qəmgin olanda

Qərənfilin gözü yolda qalanda

Yasəmənlər saçın yolur neyləyim?

 

Çiçəklərin çəkir gözü intizar

Ayrılıqdan betər dünyada nə var?

Yaz axşamı səni bil ki, bu Nigar

Həzin-həzin yada salır neyləyim?

 

Tez gələsən, bəlkə əlac verəsən

Sünbüllərin saçın yığıb hörəsən

Çiçəkləri gəlib özün dərəsən

Yolda qalib baxışları neyləyim?

 

Çiçəklərin çəkir gözü intizar

Ayrılıqdan betər dünyada nə var?

Yaz axşamı səni bil ki, bu Nigar

Həzin-həzin yada salır neyləyim?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!