Görəsən dünyanın axrımı gəlir

Görəsən dünyanın axrımı gəlir
Şeirlər - Hekayələr
10.09.2017 8
Ar yeyib namusu boyna atanlar,

Mənliyin manata pula satanlar,

Coxalıb dəyişib kalan nöqsanlar,

Deyirik düzələr amma düzəlmir,



Görəsən dünyanın axrımı gəlir..

Əhdinə dönüklər dinnən danışır,

Dünya günü-gündən çönür qarışır,

İlahi fikirlər xəyallar caşır,



Baxıb bu hallara ürək tap etmir,

Görəsən dünyanın axrımı gəlir...

Molla siyasətdən danışır yasda,

Di gəl beləsinə sən qulaq asda...



Zənanlar bəzisi acıq libasda,

Oncuda hicablar bax xoşa gəlmir,

Görəsən dünyanın axrımı gəlir...

Zəmanə günahkar insan dilində,



Öz tirin görən yox,özün gözündə,

Seymur ehtiyat et ,bəzən sözündə,

Sabah nə olacaq,bu gün bilinmir,

Görəsən dünyanın axrımı gəlir...



Müəllif : SEYMUR SÖNMƏZ ©скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!