Ya Allahu Ya Allah

Ya Allahu Ya Allah
Şeirlər - Hekayələr
10.09.2017 11
Bir günahkar bəndəsiyəm ALLAHIN

Çox harama meyl edib saldım tamah

Rəhimlisən günahlarımı bağışla

YA ALLAHU, YA ALLAHU, YA ALLAH .

Çox günaha susub qaldım biganə



Mən neyləyim çox korlanıb zəmanə

Bəs məhşərdə nə deyəcəm bəhanə

Günahlarımı necə edim mən izah

YA ALLHU YA ALLAHU YA ALLAH.



Çox günahdan da böyük günahdır yalan

Qiyamətdə necə keçim siratdan ?  

Dünən dinsiz bu gün gətirdim iman

Kaşki mömin ola bileydim sabah

YA ALLAHU YA ALLAHU YA ALLAH.



Qayıdaram bir gün deyib uzatdım

Günü gündən səhvlərimi çoxaltdım

Namaz qıldım sübh namazın yubatdım

Orucada imkan vermədi iştah

YA ALLAHU YA ALLAHU YA ALLAH



iBADƏTDƏ YOL VERİRƏM NÖQSANA

Doğru əməl eyləmirəm Qurana

Uzun müddət xidmət etdim şeytana

İcazə ver edim özümü islah

YA ALLAHU YA ALLAHU YA ALLAH.



bUNDAN SONRA TƏK ALLAHI zİKR ELƏ

Dünyanı yox AXİRƏTİ fikr elə

Müsəlmansan buna görə şükr elə

Bir ürəkdən söylə ƏL-HƏMDÜ LİLLAH

YA ALLAHU YA ALLAHU YA ALLAH.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!