Nuş olsun sevgilim yedin ömrümü

Nuş olsun sevgilim yedin ömrümü
Şeirlər - Hekayələr
10.09.2017 9
hərdən özüm üçün xəyal edirəm,

dərdindən özümü bihal edirəm.

nəyim var,nəyim yox halal edirəm,

nuş olsun sevgilim yedin ömrümü.

 

ölümü seçərəm mən sənə görə,

zəhərdən içərəm mən sənə görə,

bu candan keçərəm mən sənə görə,

nuş olsun sevgilim yedin ömrümü.

 

təsəvvür etməzdim sənsiz anımı,

lazımsa al ginən xəstə canımı.

üstündən içərsən birdə qanımı,

nuş olsun sevgilim yedin ömrümü.

 

arxanca hey qaçdım mən ömrü boyu,

ayağım altından sən qazdın quyu.

qərəldən çox çıxdı bu işin suyu,

nuş olsun sevgilim yedin ömrümü.

 

könlümə vurmusan həsrət möhrünü,

qəlbimi köz etdin apar kömürünü.

neynirəm mən axi sənsiz ömürü?

nuç olsun sevgilim yedin ömrümü!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!