Mənə dost demə!

Mənə dost demə!
Şeirlər - Hekayələr
10.09.2017 12
bağışla dost ola bilmirəm sənə,

qəlbimdə gizlincə sevirəm səni.

kaş gücüm çataydı bir tilsim ilə,

könlümün həmdəmi çevirəm səni.

 

sevdiyin insandan danışırsan sən,

sevdiyim insanı dinləyirəm mən.

özgə həsrətiylə alışırsan sən,

sənin həsrətinlə inləyirəm mən.

 

sirrini aşırsan siraş deyirsən,

mən bundan betər bir acı bilmirəm.

hər kəlmə başında bacı deyirsən,

mən səni özümə qardaş bilmirəm.

 

ara bir deyirsən yoxmu sevdiyin?

həmin an söhbəti dəyişirəm mən.

bu acı gerçəyi hardan bilirsən?

hər gecə rəsminlə uyuyuram mən.

 

zəhərli ömrümdən zəhərlənərsən.

qoy qalsın özümə ömrümü yemə.

sevərsən sevməzsən özün bilərsən,

amaki sən mənə gəl dostum demə!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!