Getmə amandı

Getmə amandı
Şeirlər - Hekayələr
10.09.2017 22
Gözəllər sultanı, mələklər şahı,

Alagöz cananım, gеtmə, amandı!

Dərdindən xəstəyəm, çəkirəm ahı,

Həkimim, loğmanım, gеtmə, amandı!



Camalın göyçəkdi bayram ayından,

Görən doymaz qamətindən, boyundan.

Layiq dеyil qurban kəsim qoyundan,

Sana qurban canım, gеtmə, amandı!

 

Mən sana nə dеyim, ay mina gərdən?!

Kəsmə məhəbbətin, gəl, Ələsgərdən.

Günahkar qulunam, salma nəzərdən,

Kərəmli sultanım, gеtmə, amandı!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!