Qəribə bir gün

Qəribə bir gün
Şeirlər - Hekayələr
10.09.2017 25
Yataqdan ayrılmaq olmur nədənsə,

Yuxusuz gözlərdən yorğunluq axır.

Hava çox soyuqdur, bu bəhanəsə,

Evin hər tərəfin soba qızdırır.

 

İşə tələsməyə gərək də yoxdur,

Bu gün həftə sonu, istirahətdir.

Çöldəki ab-hava məni qorxudur,

Güclü yağış yağır, möhkəm yel əsir.

 

Səbəbin bilmirəm, müəmmalıdır,

Dünənki günəşdən iz də qalmayıb.

Külək hər bir yeri qırır, dağıdır,

Bircə qoca ağac məğrur dayanıb.

 

Hər şey cansıxıcı görünür bu gün,

Elə bil hər yeri matəm bürüyüb.

Xəbərim yoxdur heç, bəlkə də bu gün,

Qonşuda xəstənin yasıdır, ölüb.

 

Hələ bu, bu günün başlanğıcıdır,

Gör məni sonunda nələr gözləyir.

Ürəyim sıxılır, çox narahatdır,

Məncə bu, nəyəsə bir işarədir.

 

Bu günüm pəncərə önündə keçdi,

Əvvəllər bilmirdim tənhalıq nədir.

Səndən də, heç bu gün xəbər gəlmədi,

Nə qədər mənasız istirahətdir.

 

Artıq axşam düşüb, hər yer qaranlıq,

Əlimdə ən gözəl şəkillərin var.

Bunlarla daha da doğmalaşmışıq,

Acılar, ağrılar, bir də xəyallar.

 

Günün ağırlığın axır anladım,

Sən axı demişdin, toyum olacaq.

Mən necə unutdum, xatırlamadım,

Beyin iflic olub, ağlım qaçacaq.

 

Təbiət möhtəşəm gün təyin edib,

Yağışlar, küləklər yersiz deyilmiş.

Qonşuda xəstə heç vəfat etməyib,

Cənazə marşı da mənə görəymiş.

 

Özünü günahkar adlandırma sən,

Sən ki, heç bir səhvə yol verməmişdin.

"Mütləq eybim vardır” əgər düşünsən,

Yalnız bir eybin var, çox gözəl idin.

 

Mənimçün narahat olmağa dəyməz,

Mən belə həyata öyrəncəliyəm.

Deyirlər sevən kəs ümidin üzməz,

İnamı qürurla bir itirmişəm.

 

Bir gündə baş verən böyük fəlakət,

Ömrümdən gör neçə illəri aldı.

Məcburi ayrılıq, böyük rəzalət,

Ruhuma, qanıma xəstəlik saldı.

 

Nəysə gedim yatım, saat gec olub,

Sabah iş günüdür, tez qalxmalıyam.

Yorğanı üzümün üstünə qoyub,

Yuxu tutanacan ağlamalıyam.

 

Yəqin ağılsız deyəcək hamı,

Mənim olmayanı sevdiyim üçün.

İstəsə verəcəm yenə canımı,

Xətrinə dəymərəm bir parça cançün..



Müəllif: Nicat Babaşovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!