Mənə də öyrət

Mənə də öyrət
Şeirlər - Hekayələr
10.09.2017 33
Bəzən müşkül olur dünyanın işi,

Rahata salmağı, mənə də öyrət.

Dönür zəhrimara balı, kişmişi,

Qənd şəkər qatmağı mənə də öyrət.



Üzməyin qədrini batandan soruş,

Gəzməyin qədrini yatandan soruş

Ailənin qədrini atandan soruş.

Biganə qalmağı mənə də öyrət.



Oğul, adın olsun mərd sırasında,

Olmasın məzlumun dərd, yarasında.

Aglamaq çətindir el arasında,

Aşkar ağlamağı mənə də öyrət.



Nə vaxtsa çox çətin duruma gəlsən,

Halını mürəkkəb, çıxılmaz görsən,

Var olmamış kimi yox ola bilsən,

Qeybə qatılmağı mənə də öyrət.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!