Kağız ürəyim

Kağız ürəyim
Şeirlər - Hekayələr
10.09.2017 10
Bu səfər qəlbimə elə dəymisən,

Ürəyim səninlə barışan deyil.

Hər gecə şəklimlə danışsan belə,

O şəkil dil açıb danışan deyil…



Kağız ürəyimi ələ alarsan,

O sənə peşmanlıq gətirər ancaq.

Nə qədər səsləsən, çağırsan belə,

Xəyallar özünü yetirər ancaq.



Siqaret tüstüsü, acı göz yaşı,

Dumanlı-çiskinli hala düşərsən.

Heç nəyin fərqinə varmarsan o an,

Qabağa gedərsən, "dala düşərsən"



Anidən ayılıb azan səsinə,

Ətrafa baxarsan, çölə baxarsan.

Güzgü qarşısında dururmuş kimi,

Üstünə tökülmüş külə baxarsan…



Əlini gətirib boyun ardına,

"Səni görməliyəm" deyib durarsan.

Məni qabağında görürmüş kimi,

Başını aşağı əyib durarsan…



Bunu mən demirəm, ürəyim deyir,

Səndən inciyən də, küsən də odur.

Mən başa düşmürəm ürəyimi də,

Adın səslənəndə əsən də odur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!