Qadını sevəcəksən!

Qadını sevəcəksən!
Şeirlər - Hekayələr
10.09.2017 13
Qadını sevəcəksən!

Əlindən deyil,

Nəzərindən, dilindən belə saldınmı, canın yanmalı...

Çiyininə qoydumu  başını sinən qabarmalı,

Və bütün qüvvənlə  o güvəni, etibarı gözləməli, dözməli...

Başını qaldırdığı an gözlərini, gözlərində istər,

Gözləri,  təbəssümü gülüşü  içini isitməli...

Möhkəmcə sarılacaqsan, amma  bir  o qədər də incə!

Ağrıtmayacaqsan ürəyini,

Canından can verəcəksən, incitməyəcəksən...

Gül kimi qoxlayacaqsan, bəzən tikanları qanatsa belə,

Gözlərin yaşarsa belə, göz  yaşlarına sahib çıxacaqsan,

Çəkəcəksən nazını, soldurmayacaqsan...

Azad buraxacaqsan, dilədiyi kimi baxa bilsin həyata,

Amma...

Əsla gözlərindən qaçırmamaq şərtiylə, əlindən buraxmamaq şərtiylə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!