Zəhra(ə)'ya Əli(ə) ağladı

Zəhra(ə)'ya Əli(ə) ağladı
Şeirlər - Hekayələr
10.09.2017 28
Səni sordum çiçəklərin şahına,

Qızılgül boynunu bükdü ağladı.

Lalə səcdə qıldı haqq dərgahına,

Yasəmən göz yaşı tökdü ağladı.



Nərgiz nalə çəkdi qan yaş tükərək,

Sünbül ey, vay dedi içinə çəkərək.

Süsən məsum-məsum boyun bükərək,

Döndü Gülustana baxdı ağladı.



Rehan olmaz dedi belə bir zülüm,

Gül dedi kaş mənə gələydi ölüm.

Sizə necə qıydı o qanlı zalım,

Mismardan qızıl qan axdı ağladı.



Od vurulan qapı din qapsıydı,

Ümmətə Rəhmətin son qapısıydı.

Oysa onlar üçün kin qapısıydı,

Zülüm ərşi əlaya çıxdı ağladı.



Bir çiçək misalı solunca Zəhra,

Qapı arxasında qalınca Zəhra i

Zalım zərbəsiylə ölüncə Zəhra,

Eli(e)nin güşəsi çökdü ağladı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!