Sən müqəddəs varlığımsan ay Ana

Sən müqəddəs varlığımsan ay Ana
Şeirlər - Hekayələr
10.09.2017 5
Bir dəfə sərt baxmamısan üzümə,

Daim işıq, nur olmusan gözümə,

Qüvvə oldun hər an mənim sözümə,

Dilimdəki kəliməmsən ay Ana.



Ağlayarkən göz yaşımı silmisən,

Dərdim nədir məndən əvvəl bilmisən,

Çağıranda harayıma gəlmisən,                                    

Sən qanadlı mələyimsən ay Ana.                                   



Canım qurban balam deyən dilinə,

Qəmli baxışına, o zərif əlinə,

Yavaş-yavaş ağ dən düşür telinə,

Niyə vaxtsız qocalmısan ay Ana.                                    



Dərdimə dərmandı sənin nəfəsin,

Məni yaşadır mənə sevgi həvəsin,

Kecmişdən, gələcəkdən gəlir səsin,

Sən ümidim, gümanımsan ay Ana.



Sənin yerin ürəkdədir, candadır,

Peyğəmbərim düz deyib yadımdadır,

Cənnət sənin ayağın altındadır,

Sən müqqəddəs varlığımsan ay Ana.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!