Gülsün sənə geniş dünya, sən bəxtindən yarı qızım

Gülsün sənə geniş dünya, sən bəxtindən yarı qızım
Şeirlər - Hekayələr
10.09.2017 23
Qol yerində, qıç yerində, neçə dəfə yoxlamışam,

İldırımla qurşaq tutan zirvə kimi laxlamışam,

Bu yaşımda necə deyim gəncliyimi saxlamışam,

Gənclik imiş bu dünyanın ən qiymətli varı, qızım.



Qarşımdakı yoxuş sonsuz, dərə dərin, yollar daşlı

Yolum üstünə neçə hiylə, neçə həsəd, neçə başlı

Odumuza qızınmadıq ömrü boyu, yaylı, qışlı

Nəyə gərək bir ocağın yel aparan qoru, qızım.



Sözlərimi şirin dedim, cavabında "can” dedilər

Gördüyümdən söz açanda, "dayan”, "dinmə”, "dan” dedilər

Haqq danışdım, çəkindilər, düz sözü də yan dedilər

Dözəmmədim bu zülmətə, ömür oldu yarı, qızım.



İş əyəndə dost düşməndi, düşmən qənim, yoldaş yaddı,

Sevincindən yaxın şaşqın, uzaq qəmgin, qohum şaddı,

Zəhmətindən ömür üzgün, əllər qabar, el abaddı,

Bərəkətdi bu dağların göz oxşayan qarı, qızım.



Dar günümdə xəyalıma anam gəlir, atam gəlir,

Kipriklərim qucaqlaşır, istəyirəm yatam – gəlir,

Varın varsa- bal şirədir, havasına çatan gəlir

Taleyinin xoşbəxtliyi gəlir sənə sarı, qızım.



Ayıq tərpən, ayıq dolan, yol qorxulu, hər yan tələ

Aman vermə qara-qorxu səni sıxa, üstün gələ,

Əlvida de qaş-qabağa, ömrünü sür gülə-gülə

Mən sevincdən uzaq oldum, sən xoşbəxt ol, barı qızım.



Ömrüm keçdi boş-boşuna, olanımı yelə verdim,

Kədərimi yerə əkdim, kövrəkliyi gülə verdim,

Damla-damla göl yaratdım, tufan qopdu, selə verdim

Ehtiyacım qənim olub nə zamandan bəri, qızım.



Dizlərimi daş dağıtdı, bağlamadım, sarımadım,

Hey işlətdim daş yerinə ürəyimi, qoruma

Ötən ömrə bəxt dedilər, mən bəxtimdən yarımadım,

Gülsün sənə geniş dünya, sən bəxtindən yarı, qızım.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!